Avtobus dayanacağını zəbt edən sürücüləri yol polisi belə yaxaladı - VİDEO

Paytaxtda yol polisi əməkdaşları avtobus dayanacağını zəbt edən sürücülərə qarşı tədbir keçirib.
Avtosfer.az xəbər verir ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində keçirilən tədbirlər zamanı dayanacağı zəbt edərək avtobusların rahat hərəkətinə mane olan sürücülərlə profilaktik söhbətlər aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də digər hərəkət iştirakçılarının rahat hərəkətinə mane olduğu izah edilib. Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, qaydaları pozanlar barəsində qanunamüvafiq tədbir görülüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib ki, dayanacaqda saxlanılan avtomobillərə görə ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar yolun hərəkət zolağında dayanmalı olur: “Bu da sərnişinlərin və piyadaların həyatı üçün təhlükə mənbəyidir. Sürücülərdən tələbimiz odur ki, dayanacaqlarda maşınlarını saxlamasınlar”.
Məhəbbət Tərlanoğlu
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












