"Avtomobilinizi "moyka"da və usta yanında qoyub getməyin" - DYP-dən müraciət

Bir çox hallarda avtomobil sahibləri avtoyuma və ya təmir məntəqələrinin xidmətlərindən istifadə edərkən nəqliyyat vasitəsinin açarlarını işçilərə etibar edir, lakin əmlakın sonrakı aqibətindən xəbərsiz olurlar.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil sahiblərinə etdiyi müraciətdə qeyd olunub.
"Bəzən belə yanaşmalar məntəqədə çalışan və adətən gənc, hərəkətlərinin məsuliyyətinin fərqinə varmayan şəxslərə nəqliyyat vasitələrindən qanunsuz istifadə fürsəti verir ki, bu da sonda insanların həlak olması, yaralanması, yaxud maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisələrinin, oğurluqların, əmlakdan sui-istifadə hallarının baş verməsinə real zəmin yaradır.
Bununla yanaşı, xidmət göstərməli olduqları avtomobildən istifadə etməklə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş şəxslər məsuliyyətə cəlb edilərkən hüquqazidd əməlin törədilməsində alət və ya bilavasitə obyekt olmuş nəqliyyat vasitəsi ilə bağlı qərarlar qəbul edilir ki, bu da əmlak sahibi üçün əlavə problemlər deməkdir.
Odur ki, avtomobil sahiblərinə müraciət edərək tövsiyə edirik ki, təmir və ya avtoyuma məntəqələrinin xidmətlərindən istifadə edərkən mümkün qədər məntəqəyə yaxın ərazidə olmağa çalışın, avtomobilinizi təsadüfi deyil, tanıdığınız, məsuliyyətli, peşəkar insanlara etibar edin.
Unutmayın ki, bəzən etinasız yanaşdığımız bir hal sonradan bərpası mümkün olmayan fəsadlara yol aça bilər", - deyə müraciətdə bildirilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












