Avtosfer.az xidmətdə fərqlənən yol polislərini belə təbrik etdi - FOTO - VİDEO

2 İyul Azərbaycan Polisinin yaranması günüdür və 106 yaşı tamam olur. Peşə bayramı münasibətilə Avtosfer.az saytı və Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyi DYP əməkdaşlarını təbrik edib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində baş tutan görüşdə çıxış edən nəqliyyat eksperti, Avtosfer.az saytının və Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Elməddin Muradlı polis əməkdaşlarını təbrik edib. Bildirib ki, Azərbaycan polisi hər zaman asayişin keşiyindədir və vətəndaşların təhlükəsizliyinin təminində bütün qüvvəsini sərf edir.
Elməddin Muradlı qeyd edib ki, xüsusilə DYP əməkdaşlarının xidməti danılmazdır. İstidə, soyuqda, bayramlarda belə vətəndaşların təhlükəsizliyi üçün çalışırlar: “Təəssüf ki, bəzən qayda pozan sürücülər yol polisinə qarşı aqressiya nümayiş etdirir, onları təxribata çəkir. Nə sirdirsə sürücülərin əksəriyyəti hətta 10 manatlıq cəriməyə belə dözümsüz yanaşır və haqq-nahaq şikayət edərək polisə nəsə ziyan vurmağa çalışır. Guya polisə hansısa cəza verilsə sürücü də rahat olacaq və ondan sonra cəriməni ödəyəcək. Ona görə də, hesab edirəm ki, yol polisləri insanlarla daha çox ünsiyyətdə olduqları üçün təmkinli, hazırlıqlı və peşəkar olmalıdır”.
Tədbirdə çıxış edən Demokratiya və İnsan Haqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə polis əməkdaşlarını təbrik edərək onlara xidmətdə uğurlar arzulayıb. Bildirib ki, Azərbaycan polisi asayişin, sabitliyin qorunması ilə yanaşı Vətən Müharibəsində də fəal iştirak edib və torpaqlarımızın azad olunmasında müstəsna rol oynayıb.

Çingiz Qənizadə polis əməkdaşlarının daim nümunə olmalarını diqqətə çatdıraraq bildirib ki, bəzən ölkəmizin maraqlarına zidd olan qüvvələr məhz polisi hədəf alır. Bu baxımdan, polislər daha diqqətli olmalıdırlar.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPX Alayının komandir müavini, polis polkovnik-leytenantı Nizami Məmmədov çıxış edərək həmkarlarını təbrik edib və onlara qüsursuz xidmət arzulayıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli DYP əməkdaşlarına uğurlar arzulayaraq bayram münasibətilə təbrik edib. Qeyd edib ki, vətəndaşlara xidmət zamanı hər zaman diqqətli olmaq, hüquq və vəzifələri düzgün izah etmək zəruridir.

Tədbirin sonunda xidmətdə fərqlənən DYP əməkdaşlarına fəxri diplomlar, eləcə də "Azərsun Holdinq", 156 evakuasiya və 149 sürücü təlim kursu şirkətlərinin müxtəlif hədiyyələri, "Jetour Azərbaycan" tərəfindən isə xidmətdə fərqlənən əməkdaşlara endirim kupunları təqdim edilib.
Daha sonra analoji tədbir Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə keçirilib. Tədbirdə YPX Alayının seçilmiş əməkdaşları mükafatlamdırılıb. Onlara da diplom və hədiyyələr təqdim olunub.






Orxan Əli
DYP yük avtomobillərinin sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO
DYP duman faralarından düzgün istifadə etməyən sürücüləri aşkarladı - VİDEO
Yol polisi qayda pozub yolu kəsən sürücüləri ifşa etdi - ANBAAN VİDEO
Yol polisi Sabunçuda məktəblilər arasında təbliğatı gücləndirdi - FOTOLAR
İçki içib sükan arxasında yatdı – Polis oyadıb cərimələdi - VİDEO


































