"Avtoş"luq edən 5 nəfər saxlanıldı; vəsiqələri alındı, hərəsinə 15 gün həbs verildi - VİDEO
Ötən gün səhər saat 09:00 radələrində əsgər yola salma mərasimində avtoxuliqanlıq hərəkətləri edərək görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, hadisə Bakı-Astara şosesində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996-cı il təvəllüdlü Məmmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Raqib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu “VAZ 2107” markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, “VAZ 2106 markalı” 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və “VAZ 21015” markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yolda təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərəkət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar.
Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sürücülük hüququndan məhrum edilməklə yanaşı 15 sutka həbs cəzası alıblar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












