Avtoxuliqanlıq edən və polisə tabe olmayan sürücü həbs edilib - VİDEO

Nərimanov rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, Nərimanov Rayon Polis İdarəsinin Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin “Chevrolet” markalı avtomobilin sürücüsü paytaxt sakini Rövşən Musayev qeyd edilən qayda pozuntusuna yol verdiyi üçün ona saxla işarəsi verilib. Sürücü hərəkətini davam etdirərək yol polislərinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Nərimanov Rayon Məhkəmənin qərarı ilə sürücü Rövşən Musayev 10 sutka inzibati qaydada həbs edilib. Araşdırmalar davam etdirilir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












