Azərbaycanda avtomobillərin sayı 1 milyon 700 mini ötdü – Çoxu köhnədir – VİDEO

“Müstəqiliyimiz dövründən bəri utilizasiya prosesi ölkəmizdə ilkdir”.
Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev bu gün utilizasiya prosesi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O, bildirib ki, utilizasiya prosesi müstəqiliyimiz dövründən bəri ölkəmizdə ilkdir: “Bunun da sözsüz ki, çatışan-çatışmayan yönləri olacaq. Lakin istismarı yararsız avtomobillərin utilizasiya edilməsi müsbət addımlardandır”.
DYP rəsmisi qeyd edib ki, bu gün dövlət qeydiyyatında olan nəqliyyat vasitələrinin sayı 1 milyon 774 min 77-dir. Burdan 1 milyon 514 min 431-i minik, 31 min 460 avtobus və mikroavtobus, 177 min 622-si yük, 50 min 564-ü isə digər nəqliyyat vasitəsidir: “Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, hər il yol-nəqliyyat hadisələrində təxminən 1 milyon 250 min insan həyatını itirir. Çox təəssüf ki, bu rəqəmlərdə ölkəmizin də payı var. Qəzalarda iştirak edən avtomobillərin əksəriyyəti köhnəlmiş maşınlardır”.
Məhəbbət Tərlanoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












