Azərbaycanda sakinlər maskaya görə polislərə hücum etdi - VİDEO

Azərbaycanda polislərə hücum olunub. Avtosfer.az xəbər verir ki, polis əməkdaşları vətəndaşı maşına əyləsdirən zaman ərazidə olan sakinlər polislərə hücum ediblər.
Bakı şəhər BPİ-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslər xüsusi karantin rejim qaydalarına bir əməl etmədən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan qanunsuz küçə ticarətilə məşğul olublar. "Ancaq təəssüf edirik ki, bəzi xəbər saytlarında mahiyyəti ilə uyğun olmayan fakt “polisə hücum” kimi təqdim olunur.
Bununla əlaqədar bildiririk ki, burada polis əməkdaşlarına hər hansı hücum, yaxud müqavimət göstərilməsi iddiaları əsassızdır. Belə ki, Ucar rayon sakinləri olan və hazırda Xətai rayonunda kirayədə yaşayan Mirqalib və Mircavad Əliyev qardaşları xüsusi karantin rejimi qaydalarına əməl edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirləri həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar. Onların müvafiq icazələrinin olub-olmaması ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənəd tələb edildikdə onlar qəsdən polisin tələbinə tabe olmayıblar. Onlar şəxsiyyətlərini müəyyən etmək üçün polis bölməsinə aparılarkən orada olan qardaşların atası polisin fəaliyyətinə maneçilik törətməyə cəhd edib. Belə olduqda, polis əməkdaşları həmin şəxsləri 36-cı Polis bölməsinə apararaq, şəxsiyyətlərini müəyyən edərək, hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 454 və 211-ci maddələri ilə inzibati tənbeh tədbiri görülüb".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












