"Azerreyl" DYP tərəfindən cərimələnməsinə münasibət bildirdi

"Rəhbər vəzifədə olanların sənədləşmələri spesifik aparılır. Hazırkı rəhbər mənəm. Əvvəlki rəhbərlikdən bəzi avtomobillər var ki, qeydiyyat aparılanda klubumuzun adına rəsmiləşdirilib. Nə cərimə olursa, avtomatik kluba gəlir".
Bu fikirləri Avtosfer.az-a açıqlamasında "Azerreyl" voleybol klubunun prezidenti Famil Xəlilov Dövlət Yol Polisinin (DYP) onlara inzibati protokol tərtib etməsinə münasibət bildirərkən deyib.
Funksioner bildirib ki, klubun sabiq işçiləri ilə əlaqələri var və cərimə gələn kimi həmin şəxslərə yönləndirilir: "Cərimələri onların özləri ödəyirlər. Ad çəkmək istəmirəm. Həmişə cərimə olanda yönləndirmişik və ödəyiblər. Kim gecikdiribsə, məhkəməyə verirlər. Biz də özləri ilə əlaqə saxlamışıq ki, vaxtında cərimələrinizi ödəyin, bizim adımıza ləkə gəlməsin. "Azerreyl"in əvvəlki rəhbərliyinin maşınlarında nişanlar yenə də qalıb. Biz məhkəmə ilə də əlaqə saxlamışıq, hüquq-mühafizə orqanlarına da danışmışıq ki, o nömrələri bizim adımızdan çıxartsınlar. Lakin onların sistemində yenə "Azerreyl" gedir. Bu səbəbdən, məhkəmə sənədləri bizim klubumuzun adına gəlir".
Xəlilovun sözlərinə görə, avtomobil hansısa əməkdaşın yox, klubun adınadır: "Bilmirəm ya sürücü, ya da özü sürür. Avtomatik yazırlar ki, cərimə "Azerreyl"ə verilir. Orada hüquqi şəxsdir, fiziki şəxs deyil".
Qeyd edək ki, DYP, sorğunu vaxtında cavablandırmağı üçün "Azerreyl"ə protokolun tərtib olunduğunu açıqlayıb. Bu inzibati xətaya görə, 300 manat cərimə nəzərdə tutulub. Tərtib edilən protokol Səbail Rayon Məhkəməsinə göndərilib. İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












