Azyaşlılar yol hərəkəti qaydaları haqqında səhnəciklər göstərdi - FOTO

Bu gün Xəzər rayonu şəhid Ramiz Qasımov adına 216 saylı orta məktəbdə "Yol hərəkəti qaydalarına riayət edək, təhlükədən uzaq olaq" adlı maarifləndirmə tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Xəzər rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Azər Məmmədov, İdarənin Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili Bölməsinin rəisi, polis mayoru Eldar Əliyev, həmin bölmənin baş inspektorları, polis mayorları Xəyalə Həsənova və Natiq Allayarov, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İcrimai İşlər üzrə inspektorları, polis kapitanı Pərvanə Muradova və polis serjantı Elnur Mahmudov, Xəzər rayon DYPŞ-nin inspektoru Rəhman Mehdiyev, Xəzər rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Ofeliya Məmmədzadə, media nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Maarifləndirmə tədbirində məktəbin 1-ci sinif şagirdlərinin iştirakı ilə səhnəciklər təqdim olunub. Əsasən yol hərəkəti qaydalarını, piyada keçidi, svetoforun rəngləri azyaşlıların tamaşasında təqdim edilib.
Məktəblilər şeirlər və mahnılar səsləndirib.
Tədbirdə çıxış edənlər azyaşlılar arasında yol hərəkəti qaydalarının erkən yaşlarda öyrədilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu cür tədbirlər gələcəkdə uşaqların təhlükəsizliyin təmin olunmasına hesablanıb.
Sonda azyaşlılara hədiyyələr təqdim olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




























