Babək prospektində yaranan ağır tıxacla bağlı DYP-dən AÇIQLAMA - VİDEO

Hazırda paytaxtın Babək prospekti istiqamətində böyük tıxac yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
Sürücülər qeyd edib ki, iki saatdır ictimai nəqliyyat dayanıb və hərəkət edə bilmir.
Sözügedən problemlə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə (BDYP) müraciət etdik.
BDYP-nin Təbliğat və ictimai işlər üzrə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-ə açıqlamasında bildirib ki, 8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq işləri ilə bağlı həmin ərazidə sıxlıq yaranıb:
"8 Noyabr - Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirə hazırlıq işləri ilə bağlı həmin ərazidə sıxlıq yaranıb. Məhdudiyyət tətbiq edilən ərazidə DYP əməkdaşları tərəfindən xidmət təşkil edilərək nəqliyyat vasitələri alternativ istiqamətlərə yönləndirilir. Yol hərəkəti iştirakçılarından bunu nəzərə alaraq fərdi minik avtomobillərindən mümkün qədər az istifadə etmələri, şəhərin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələri xahiş olunur".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












