Bakı postlarından yüzlərlə avtomobil geri qaytarıldı - DYP-dən açıqlama

“İyunun 21-də, saat 00:00-dan sonra Bakı istiqamətinə giriş və çıxış üçün hərəkət edən 900-dən çox avtomobil geri qaytarılıb”. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev oxu.az-a bildirib. Onun sözlərinə görə, postlarda yoxlama zamanı paytaxtdan rayonlara getmək istəyən 350 avtomobil geri qaytarılıb: “Eyni zamanda, rayondan Bakıya gələn 550 avtomobil də geri qaytarılıb”.
Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində karantin rejimi sərtləşdirilib. Sərt karantin rejimi 21 iyun, saat 00:00-dan 5 iyul, saat 06:00-dək davam edəcək.
K.Əliyev qeyd edib ki, sərt karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə uyğun olaraq, 1 440 nəfər, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinin tələbini pozduğu üçün isə 132 nəfər inzibati məsuliyyətə cəlb edilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












