Bakı şəhərindəki velosipedçilərin DİQQƏTİNƏ!

Bakı Şəhəri Baş Dövlət Yol Polisi İdarəsi velosiped sürənlərə müraciət edib.
Bu barədə Avtosfer.az-a DYP-dən məlumat verilib.
Bildirilib ki, velosipedçilərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması, onların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində Bakı şəhər DYP İdarəsi tərfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Lakin, təəssüflə qeyd etməliyik ki, bu tip nəqliyyat vasitələrini idarə edən bəzi sürücülər yol hərəkəti, eləcə də təhlükəsizlik qaydalarına səthi yanaşırlar ki, sonda xoşagəlməz hallar baş verir. Belə ki, ötən il ərzində paytaxt ərazisində velosipedçilərinin vurulması ilə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb və qəzalar zamanı 3 nəfər həyatını itirib 1 nəfər isə yaralanıb.
Mövcud qanunvericiliyin tələblərinə əsasən velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər.
Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












