Bakıda ciddi karantin rejiminin ilk günündən REPORTAJ - FOTO - VİDEO

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş iki həftəlik ciddi karantin rejiminin ilk günüdür. Bununla bağlı paytaxtın bir sıra küçə və prospektlərində karantin postları qurulub. Avtosfer.az-ın əməkdaşları gün ərzində şəhərin müxtəlif ərazilərində müşahidələr aparıb. Ümumilikdə ciddi sıxlıq müşahidə olunmasa da, günün pik saatlarında bəzi postlarda intensiv hərəkət olub. Yol polisləri ilə yanaşı Post Patrul Xidməti Alayının əməkdaşları, o cümlədən Daxili Qoşunların şəxsi heyəti postlarda xidmətə cəlb olunub. Sürücülər yoxlanılaraq postlardan buraxılıb. İcazəsi olmayanlar barəsində isə qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülüb. Avtosfer.az-ın əməkdaşı ilə söhbətində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarına əsasən yol polisi Bakı şəhər ərazisində bütün küçə və prospektləri tam nəzarətə götürülməklə gücləndirilmiş iş rejminli xidmətə start verilib. Onun sözlərinə görə bu günə karantin rejimi tələblərini pozanlardan yüzə yaxın şəxs inzibati qaydada məsuliyyətə cəlb edilib. "Onlar arasında sürücülərlə yanaşı sərnişinlər də var."
Vaqif Əsədov bildirib ki, bəzi sürücülər tərəfindən aqressivlik müşahidə edilir. "Bu da müəyyən narahatçılıqlar yaradır. Ona görə də avtomobil idarə edən sürücülərə, eyni zamanda avtomobildə gedən sərnişinlərə və bütövlükdə hərəkətlə bağlı icazəsi olan şəxslərə müraciət edərək bildiririk ki, təmkinli olsunlar. Bilirsiniz ki, 5 iyula qədər paytaxt ərazisində yoxlama buraxma statsionar postları yaradılıb və bu postlar hərəkətlə bağlı sənədləri yoxlayır. İnzibati tənbeh tədbirləri həyata keçirir. Məhz bu məntəqələrdə süni sıxlığın yaranmaması üçün hərəkət iştirakçılarından sürücü və sərnişinlərdən xahişimiz odur ki, hərəkətlə bağlı icazə sənədlərini əllərində hazır saxlasınlar. Yoxlayıcıya yaxınlaşdıqda şəxsiyyət vəsiqəsi və icazə ilə bağlı sənədi elə tutsunlar ki, oxuna bilsin. Beləliklə , vaxt itkisi olmaz və bu yoxlama buraxma məntəqələrində süni sıxlıq yaranmaz, digər sürücülər də narahat olmaz."
Vaqif Əsədov bir daha sürücülərə müraciət edərək qaydalara əməl etməyə və sürücü-yol polisi münasibətlərini yüksək səviyyədə saxlamağı tövsiyə edib.
Elmeddin Muradlı
Orxan Əli
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi










































