Bakıda gənc qızın başını qırxıb təhqir etdilər - Polis hərəkətə keçdi - VİDEO

Paytaxtın Xəzər rayonu 156 saylı orta məktəbin şagirdinə qarşı edilmiş təhqiramiz hərəkətlərə polis reaksiya verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır" deyə DİN rəsmisi bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə gənc qızı təhqir edərək video çəkib və paylaşıblar.
***
IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkən şagirdlə, həmçinin onun valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Bu barədə 156 nömrəli tam orta məktəbdən bildirilib.
"Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.
Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.
Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir".
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. (report)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












