Bakıda insident: YPX maşınının şüşəsi sındırıldı

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Yol Patrul Xidməti (YPX) əməkdaşları ilə içkili şəxs arasında insident yaşanıb.
İyunun 26-da, gecə saatlarında baş vermiş hadisə YPX əməkdaşlarının vətəndaşa “saxla” əmrini verməsindən sonra olub.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru Musa Əsgərov tərəfindən tərtib edilən protokolda bildirilir ki, sürücü YPX əməkdaşlarına tabesizlik göstərib və “saxla” əmrinə tabe olmayıb.
Daha sonra sürücü xidməti avtomobilin arxa şüşəsini sındırıb və polis əməkdaşlarına xəsarət yetirib.
Polislərdən biri izahatında göstərib ki, həmin şəxs onlara qarşı hörmətsizlik edib, xidməti avtomobilə ziyan dəyib, şəxsən özü də gözündən xəsarət alıb.
Vətəndaş izahatında göstərib ki, polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olub. O, həmin vaxt içkili olduğunu deyib, törətdiyi əməli səmimi olaraq etiraf edərək peşmanlığını qeyd edib.
İşlə bağlı keçirilən məhkəmədə şəxsin törətdiyi əməli səmimi etiraf etməsi və peşman olması məsuliyyəti yüngülləşdirən hal hesab edilib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə şəxs Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilib. (oxu.az)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












