Bakıda karantin postları quruldu, polis hərəkətə keçdi - DİQQƏT

Azərbaycanda bir sıra bölgələrdə tətbiq edilən karantin rejimi bu gecə saat 00:00-dan etibarən qüvvəyə minib və bununla əlaqədar olaraq artıq Bakı şəhərində karantin postları qurulub. Həmin postlarda nəqliyyat vasitələri, eləcə də avtobuslar saxlanılaraq həm sürücülərin, həm də sərnişinlərin icazəsi yoxlanılacaq. İcazəsiz yola çıxanlar karantin rejiminin qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən 100 manat məbləğində cərimə olunacaqlar. Bundan başqa, tibbi maskadan istifadə etməyənlərin də cərimələnməsi nəzərdə tutulur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında vətəndaşları tətbiq edilən sərt karantin rejiminə ciddi əməl etməyə çağırıb. O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən Bakı şəhəri də daxil olmaqla bir çox bölgələrdə xüsusi karantin rejiminin tətbiqinə başlanılıb. Artıq polis əməkdaşları və Daxili qoşunların hərbi qulluqçuları karantin postlarında xidmətə tam hazırdır və müvafiq ərazilərdə karantin postları qurulub.
“Vətəndaşları qaydalara əməl etməyə çağırırıq. Təhlükəsizliyi təmin etmək üçün hər bir vətəndaş qoyulan tələblərə ciddi əməl etməlidir. Əks halda, onların inzibati məsuliyyətə cəlb edilməsi məsələsi önə çıxacaq. Yol polisi, eləcə də daxili işlər orqanlarının digər strukturlarının əməkdaşları karantin postlarında vətəndaşları tam ciddi şəkildə yoxlayacaq. Həm sürücülər, həm sərnişinlər bu yoxlamadan kənarda qalmayacaq. Odur ki, icazəsiz evdən çıxmasınlar. İcazəsi olanlar isə şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Bir daha vətəndaşlarımızı qoyulan tələblərə əməl etməyə çağırırıq.”
Musa
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ














