Bakıda moped sürücüsünü bıçaqla hədələdilər: “Soxaram, ciyərini çıxardaram sənin!” - FOTO - VİDEO

Bakıda moped sürücüsü hədələnib.
Bu barədə sosial şəbəkələrə məlumat yayılıb.
Belə ki, “KIA Optima” markalı 90-HJ-989 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtda qayda pozub.
Moped sürücüsü ona irad bildirib. Nəticədə həmin şəxs onu bıçaqla hədələyərək deyib ki, bıçağı soxub, ciyərini çıxardaram sənin.
Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb.
Sosial şəbəkələrdə moped sürücüsünün hədələnməsi ilə bağlı paylaşılan görüntülər araşdırılıb. DİN-in mətbuat xidmətinin əməkdaşı polis baş leytenantı Nurlan Əliyev Avtosfer.az-a bildirib ki, polis əməkdaşları tərəfindən əməli törədən N.Vəliyev müəyyən olunaraq saxlanılıb. Və iş üzrə toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












