Bakıda narkotik təsiri altında yarış keçirən "avtoşlar" tutuldu - FOTO

Nizami rayon Polis İdarəsinin Dövlət Polisi Şöbəsinin əməkdaşları narkotik vasitələrin təsiri altında avtoxuliqanlıq edərək yarış keçirən sürücüləri aşkarlayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 77-NL-385 dövlət nömrə nişanlı, "Reno Megan" markalı avtomobilin sürücüsü Kəlbiyev Sadiq Hüseyn oğlu və 77-BJ-415 dövlət nömrə nişanlı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Cəfərli Cabbar İlqar oğlu saxlanılıb.
Sürücülər öz aralarında yarış keçirərərək avtoxuliqanlıq hərəkətləri ediblər. Araşdırma zamanı Sadiq Kəlbiyevin narkotik vasitələrin təsiri altında olduğu müəyyən edilib.
Hər iki sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Sadiq Kəlbiyev 20, Cabbar Cəfərli isə 15 gün müddətində inzibati qaydada həbs olunub. Hər iki şəxsin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Nərmin

On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













