Bakıda sürücü "Prius"u polislərin üstünə sürdü, maşınları əzdi - VİDEO

Bakının Nəsimi rayonunda Toyota "Prius"un sürücüsü avtomobili polislərin üzərinə sürüb.
Avtosfer.az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, hadisə metronun "Əcəmi" stansiyası yaxınlığında baş verib.
Avtomobili nömrəsiz idarə edən şəxs, yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmayıb və daha sonra maşını polislərin üzərinə sürüb. O, həm də qəsdən maşınını DYP-yə məxsus xidməti avtomobilə vurub.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, bu gün səhər saat 7:50 radələlərində paytaxtın Cəfər Xəndan Azadlıq Prospekti istiqamətində hərəkətdə olan dövlət qeydiyyat nişansız Prius markalı avtomobilin sürücüsü ardıcıl olaraq qayda pozuntuları etməklə ətrafdakı insanların həyat və sağlamlığına təhlükə yaradıb, polisə tabesizlik göstərməklə onun qanuni saxla əmrinə tabe olmayıb və nəticədə bir neçə nəqliyyat vasitəsinə də maddi ziyan dəyib:
"Şəxs saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil verilib. Əməlinə hüquqi qiymət verilməsi üçün iş aidiyyatı üzrə məhkəməyə təqdim ediləcək".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












