Sürücü və piyadaları narahat edən problem həll edildi; svetoforun yeri dəyişdirildi - VİDEO

Bakıda sürücü və piyadaları narahat edən problem həll edilib.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, sürücülərin çoxsaylı müraciətindən sonra NİİM aidiyyəti dövlət qurumları ilə birgə Neftçilər prospektindən Dövlət Bayraq Meydanı istiqamətində hərəkətin tənzimlənməsi məqsədilə tədbirlər həyata keçirib: “Belə ki, Bakı İdman Sarayının yaxınlığında yerləşən piyada keçidi əvvəllər həm sürücülər, həm də piyadalar üçün problem yaradırdı. Bakı İdman Sarayından və yaxınlıqda yerləşən ticarət mərkəzindən çıxan avtomobillər, Neftçilər prospekti istiqamətinə dönən zaman qəfil piyada keçidi ilə qarşılaşırdılar. Nəticədə də piyadalar üçün təhlükəli vəziyyət yaranırdı. Hazırda isə həmin ərazidə fərqli mənzərə yaşanır. Piyadaların və sürücülərin təhlükəsizliyi məqsədilə həmin piyada keçidinin və keçidi tənzimləyən işıqforların yeri Dövlət Bayraq Meydanı istiqamətinə, bir neçə metr irəliyə köçürülüb. Bununla da yolda nəqliyyat axınının daha optimal idarə edilməsi təmin edilib”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












