Sürücü yol polisindən qaçdı, saxlanılanda isə... "Səni yandıraram..." - Film kimi hadisə

Bakıda yol polisinin qanuni tələbinə əməl etməyərək avtoxuliqanlıq hərəkətləri törədən sürücü həbs edildi. Avtosfer.az xəbər verir ki, Taleh Mehdiyev adlı sürücü fevralın 8-də Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman 400 manatdan artıq ödənilməyən cəriməsinin olduğu üzə çıxıb. Yol polisi əməkdaşları cərimənin ödənilməsini təklif etsə də, o "imkanım yoxdur" deyərək qərəzli şəkildə öz maşınının arxa şüşəsini sındırıb. Maşına minməklə hadisə yerindən uzaqlaşan sürücü bundan sonra süni sıxlıq yaradılmaqla dayandırılsa da, ətrafdakı insanların köməyi ilə qaçmağa yenidən nail olub. Polis əməkdaşlarından qaçan sürücü bu dəfə digər avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi də törədib. Sonra isə polislərə zor tətbiq etməklə onların üzərinə benzin töküb yandıracağını bildirib və hətta bu məqsədlə avtomobilin yanacaq çənini açaraq benzin çəkirmiş kimi hərəkətlər nümayiş etdirib. Sonra isə yenə də hərəkətinə davam edib və qaçıb. Nəhayət "20 Yanvar" metrostansiyası ətrafında süni sıxlıq yaradılaraq saxlanılıb.
Onun barəsində toplanılmış materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Mehdiyev Taleh Rasim oğlu İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib, eyni zamanda onun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.
Təbriz
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













