Bakıda TƏHLÜKƏLİ ANLAR: narkotik çəkən sürücü saxta nömrəli maşınla polisə çətin anlar yaşatdı - VİDEO

Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “Tofaş” markalı, 90-NY-387 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib.
Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Qasımov Mahir Tahir oğlu saxlanılıb.
Sənədləri yoxlanılan zaman M.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Qasımovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, "Tofaş" markalı avtomobilin qaçırılması barədə 2019-cu ildə maşının sahibi Malik Xaliqov tərəfindən polisə ərizə daxil olub. Lakin Mahir Qasımov avtomobilin əsl nömrəsini dəyişdiyi üçün onu saxlamaq mümkün olmayıb. Dünən tutularkən məlum olub ki, bu avtomobilin əsl nömrə nişanı 10-OE-841-dir. Mahir Qasımov isə avtomobilə 90-NY-387 nömrə nişanını vuraraq ara-sıra şəhərdə idarə edirmiş. Ancaq ötən ay avtomobilin sahibi Malik Xaliqovla Mahir Qasımov öz aralarında barışıb.
Saxlanılan zaman avtomobili sürətlə və təhlükəli vəziyyətdə idarə etdiyi üçün Dakar dairəsində maşın qəflətən alışmağa başlayıb. Yol polisləri yanğınsöndürən balonla yanğına müdaxiə edərkən yaxınlıqdan keçən Azərsu ASC-nin su maşınının sürücüsü də köməyə gəlib. Onlar su şlanqı ilə yanğını qısa zamanda söndürə biliblər.
Nurlan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












