Bakıda yol polisi avtomobili "protiv" sürən sabiq baş həkimi cərimələdi - FOTO

Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkimi Adilə Ukalayeva yol hərəkəti qaydalarını pozub. Avtofer.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
Belə ki, xanım baş həkim avtomobili "protiv" idarə etdiyinə görə, yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən cərimə protokolu tərtib edilib. Qərardan narazı olan xanım sürücü Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.
İddia hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
Protokol tərtib olunan maddədə deyilir ki, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir.
Xatırladaq ki, A.Ukalayeva uzun illər Abşeron Rayon Uşaq Poliklinikasının baş həkimi vəzifəsində çalışıb, amma fəaliyyətində yaratdığı narazılıqlara görə ötən il həmin vəzifədən azad edilib. O, daha sonra müvafiq əmrlə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyindəki 3 saylı tələbə poliklinikasına baş həkim təyin olunub.
Adilə Ukalayeva Avtosfer.az saytına açıqlamasında bildirib ki, onun adına həyat yoldaşı tərəfindən verilən etibarnamə olduğuna görə yol polisi qayda pozuntusu ilə bağlı ona zəng edib. "Mən heç vaxt avtomobil idarə etməmişəm və indi də etmirəm. Ona görə də araşdırılması üçün müvafiq məhkəməyə müraciət etmişəm. Eyni zamanda bildirirəm ki, əvvəlki iş fəaliyyətimlə bağlı barəmdə heç bir narazılıqlar olmayıb, əksinə uzun illər həmin vəzifəni qüsursuz yerinı yetirmişəm. İşdən çıxmağımın səbəbi isə başqa işə keçirilməyimlə bağlı olub."
Fərid
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












