Bakıda yol polisindən qaçmaq istəyən sürücü həbs edildi - ÖZƏL

Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Nərimanov rayonu ərazisində sürücülük hüququ olmadan mikroavtobus idarə edən şəxsi saxlayıblar. İdarədən Avtosfer.az-a verilən məlumata görə, 1996-cı il təvəllüdlü, Abşeron rayonu, Güzdək qəsəbə sakini Elməddin Oruc oğlu Quluzadə sürücülük hüququ məhdudlaşdırıldığı halda 99 HS 418 dövlət nömrə nişanlı mikroavtobusu idarə edib. Sürücünün ödəməyən cəriməsi olduğu üçün yol polisi əməkdaşları ona saxla işarəsi verib. Lakin sürücü polisin qanuni tələblərinə tabe olmayaraq qaçmağa cəhd göstərib. Yol polisi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Elməddin Quluzadə saxlanılıb.
Yol polisi əməkdaşları sürücünü aidiyyəti üzrə Nərimanov rayonu 16-cı polis bölməsinə təhvil veriblər. Sürücü barəsində İnzibari Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polisin qanuni tələbinin yerinə yetirilməməsi) ilə protokol tərtib olunub. Eyni zamanda toplanmış materiallar Nərimanov rayon məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarına əsasən sürücü barəsində 30 gün müddətində inzibati qaydada həbs tədbiri seçilib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












