Balakən sakini "KamAZ"la "AVTOŞLUQ" ETDİ

İyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirib, patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayaraq onların, həmçinin manevr qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərini davam etdirərək digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb.
Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılıb. Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.
Araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












