Baş İctimai Təhlükəsizlik İdarəsi “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirib - FOTO

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin təşəbbüsü ilə Sumqayıt şəhərində “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda növbəti regional konfrans keçirilib.
Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasında keçirilən konfransda polis əməkdaşları ilə yanaşı Elm və Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yerli icra hakimiyyətləri orqanlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovniki Əziz Baqişev azyaşlıların sağlam mühitdə tərbiyə olunmasının, gələcəyin peşəkar kadrları və cəmiyyətimizə layiqli vətəndaş kimi yetişmələrinin vacibliyindən danışıb. O, qeyd edib ki, bəzi bölgələrdə yeniyetmələrin təhsildən yayındırılma, erkən nikaha daxil olmaları, eləcə də azyaşlıların zərərli vərdişlərə meylilik kimi neqativ hallara qarşılaşırıq. Bu kimi halların qarşısının alınması istiqamətində mübarizəni daha səmərəli təşkil etmək üçün təkcə dövlət qurumları deyil, cəmiyyətin hər bir üzvü fəal iştirak etməli, öz barışmaz mövqeyini nümayiş etdiməlidir deyə o bildirib.
Daha sonra çıxış edən digər qurumların nümayəndələri, bu gün Daxili İşlər Nazirliyi digər aidiyyəti qurumlarla əlaqəli şəkildə məişətdə, ailədə, təlim-tərbiyə müəssisələrində yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması işini mövcud qanunvericilik və beynəlxalq normativ hüquqi aktlar əsasında həyata keçirdiyini, təşkil olunan tədbirin vacibliyini diqqətə çatdırıblar.
Tədbirdə müzakirə olunan mövzularla bağlı videoçarxlar nümayiş etdirilib, həmçinin yetkinlik yaşına çatmayanlarla işin səmərəliliyinin artırılması istiqamətində gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təkliflər ətrafında da müzakirələr aparılıb.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














