Baş verə biləcək dəhşətli qəzanın qarşısını alan DYP əməkdaşı – ANBAAN VİDEO

Salyan stasionar postunda avtomobili şübhəli idarə edən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Avtosfer.az xəbər verir ki, saxlanan şəxsin halının pis olduğu məlum olduqdan sonra polis əməkdaşı sürücüyə dərhal köməklik edib, onu sükan arxasından endirib. Posta aparılan sürücünün təzyiqinin aşağı düşdüyü aşkar edilib.
Bu barədə saytın qaynar xəttinə oxuculardan biri məlumat verib. “Bakıdan Astara istiqamətində hərəkət edərkən qarşımdakı sürücünün hərəkətlərinin qeyri adekvat olduğu hiss olunurdu. Lakin bu hərəkətlər məqsədli qayda pozuntusundan çox zaman-zaman sükan arxasında olan sürücünün idarəetməni itirməsinə bənzəyirdi. Elə mənim də bu vəziyyətdan narahatlığım davam edirdi ki, Salyan postuna yaxınlaşanda DYP əməkdaşları şəxsi saxladı. Polisin diqqəti, ayıq-sayıqlığı və peşəkarlığı bəlkə də ağır bir hadisənin qarşısını aldı”.
Videonu təqdim edirik:
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












