Bərdədə yol polisi reyd keçirdi, qaydaları pozan sürücülər cərimələndi - FOTO
Yol polisi
12 Aprel 2021 13:13

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) Bölməsinin əməkdaşları rayon ərazisində piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində reyd keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlarla profilaktiki səpkidə söhbətlər aparılıb.
Qayda pozuntusuna yol verən həmin sürücülərlə aparılan söhbətlər zamanı yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi bir daha onların diqqətinə çatdırılıb. Sürücülərlə yanaşı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, eyni zamanda digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.
Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən ciddi qayda pozuntusuna yol vermiş bir neçə sürücü və piyada barəsində inzibati qaydada tədbirlər yerinə yetirilib.
Oxunub : 1622
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












