Binəqədidə əməliyyatlar; narkotiklə bağlı 65 fakt, 52 narkoman və "avtoş" sürücü... - FOTO - VİDEO

Binəqədi rayonunda may ayında narkotiklərlə bağlı 65 fakt müəyən edilib, avtomobili narkotik vasitə və spirtli içkinin təsiri altında idarə edən 23 sürücü aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, Binəqədi Rayon İdarəsinin (RPİ) əməkdaşlarının may ayı ərzində keçirdikləri silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 65 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda müxtəlif növ narkotik maddə və psixotrop maddə çıxarılıb. Vətəndaşlarla aparılaran profilaktik tədbirlərin nəticəsi olaraq 8 odlu silah, o cümlədən 4 “Kalaşnikov” avtomatı, 4 “Makarov” tapançası və 81 ədəd patron polis əməkdaşlarına təhvil verilib.
Binəqədi RPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının isə may ayında keçirdikləri tədbirlərlə narkotik vasitə və spirtli içkinin təsiri altında avtomobil idarə edən 23, avtoxuliqanlıq əməlləri törədən 2 sürücü aşkarlanıb.
Tədbirlər zamanı avtomobilin konstruksiyasında dəyişiklik edən 27 sürücü müəyyən edilərək barələrində tədbir görülüb, həmçinin yol polisləri tərəfindən 1 ədəd “Kalaşnikov” avtomatı aşkar olunub.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















