Binəqədidə reyd: "AA" seriyalı maşın cərimə meydançasına aparıldı - VİDEO

Bəzi sürücülərin yol hərəkəti qaydalarına riayət etməmələri hərəkətin düzgün tənzimlənməsinə mane olur. Belə halların qarşısını almaq üçün paytaxtda yol polisi hərəkətə keçib. Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri belə reydlərdən birində bu gün əməkdaşımız Ramal Abdullayev də iştirak edib.
Dayanma-durma qaydasını pozmaqla yanaşı, hələ üstəlik piyada səkisini də zəbt ediblər.
Söhbət Binəqədi rayonu Biləcəri qəsəbəsindəki avtomobil təmiri ilə məşğul olan ustalardan gedir. Rayon yol polis şöbəsinin əməkdaşları dəfələrlə həmin sexlərin sahiblərinə xəbərdarlıq etsələr də, onlar buna məhəl qoymayaraq piyada səkilərini zəbt ediblər.
Həmin ərazidə səkiboyu dayanma-durma qaydasını pozan təxminən 10 nəqliyyat vasitəsinin sürücüsünə cərimə yazıldı. Piyadaların hərəkətində ciddi mane yaradan, səkini zəbt edən nasaz avtomobil isə yol polisi tərəfindən evakuasiya edildi.
Elə həmin ərazidə səkini zəbt edən bu dəmir sexinin sahibinə də polis ciddi xəbədarlıq etdi. Kadrlardan da aydın olur ki, pəncərələr üçün dəmir barmaqlıqlar düzəldən bu sexin əməkdaşları səkini zəbt etdikləri üçün piyadalar məcbur qalıb yolun hərəkət hissəsinə çıxırlar.
Bənzər mənzərə sözügedən rayonun Şövkət Məmmədova küçəsindəki avtomobil təmiri sexlərinin qarşısındakı səkidə də hökm sürür. Səkidə sıra ilə dayanan avtomobillər piyadaların hərəkətini tam məhdudlaşdırır.
Qeyd edək ki, həmin ərazidə də yol polisi 15-ə qədər avtomobilə dayanma-durma qaydasını pozduğu üçün elektron qaydada cərimə yazdı. Səkidə konkret olaraq piyadaların hərəkətinə mane olan bir neçə avtomobil isə ərazidən evakuasiya edildi. Hətta ''AA'' seriyalı avtomobil belə piyadalara mane olduğundan cərimə meydançasına aparıldı.
Yol polis şöbəsinin əməkdaşları qanunsuz yerdən keçərək həyatlarını təhlükəyə atan 10-a yaxın piyadanı da cərimə etdi.
Dövlət Yol Polis Şöbəsinin əməkdaşı Pərviz Allahverdiyev qeyd etdi ki, bu cür reydlər mütəmadi olaraq rayon ərazisində keçiriləcək. Məqsəd sürücülərin cərimə olunması yox, piyada və digər hərəkət iştrakçılarının təhlükəsizliyini təmin etməkdir.
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO










