"BMW" ilə qayda pozub avtoxuliqanlıq edən sürücü CƏRİMƏLƏNDİ - FOTO

Paytaxtın Heydər Əliyev prospektində ardıcıl olaraq aaydaları pozan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, 99-SE-059 dövlət nömrə nişanlı, "BMW" markalı avtomobilin sürücüsü, 1999-cu il təvəllüdlü Hacıyev Tamerlan Arif oğlu davamlı olaraq manevr qaydalarını pozub və aşkar şəkildə avtoxuliqanlıq hərəkətləri edib. Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan sürücü barəsində toplanmış maetriallar aidiyyəti üzrə məhkəməyə təqdim edilib.
Məhkəmə sürücünü İnzibati Xətalar Məcəlləsinin 327.1 ( əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına) və 511.1.3 (511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması) maddələri ilə təqsirli bilərəb barəsində sürücülük hüququ 1 il müddətində məhdulaşdırılmaqla 500 manat məbləğində cərimə tətbiq olunması qərarı çıxarıb.
Sürücü qərardan şikayət edib. Lakin Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, “BMW” markalı markalı avtomobildə sərnişin qismində əyləşmiş iki şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün məhkəmənin qərarına əsasən hər biri 50 manat məbləöində cərimə ediliblər.
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












