Bu avtomobillərlə yola çıxmayın! - Yol polisindən sürcülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, DYP mövcud hava şəraitinin mövsümə uyğun olsa da, yollarda təhlükəyə səbəb ola biləcəyini qeyd edib.
“Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvar ayının 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı hava şəraitini, eləcə də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalını nəzərə alaraq, hərəkət iştirakçılarıdan yollarda diqqətli olmalarını xahiş edirik.
Səfərə çıxan sürücülərə, xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












