Bu qayda pozuntusuna görə DYP 8000 manat cərimə yaza bilər

Son illərdə avtobus sürücüləri arasında nizam-intizam qaydalarında ciddi irəliləyişlər var. Eyni zamanda daşıyıcı şirkətlərə də nəzarət olunur.
Lakin sükan arxasında sərxoş, narkotik maddənin təsiri altında ictimai nəqliyyat idarə edən sürücülərə də rast gəlinir. Bəs bu zaman DYP hansı cəza tədbirləri görə bilər. İnzibati Xətalar Məcəlləsinin 336-cı maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə olan şəxsə verilməsindən bəhs edir. Avtosfer.az bildirir ki, ümumi istifadədə olan nəqliyyat vasitəsinin sərnişin daşınması üçün sərxoş vəziyyətdə olan şəxsə verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.
Xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər səkkiz min manat məbləğində cərimə edilir.
Lakin bunun cərimədən başqa mənəvi bir məsuliyyəti də var. Odur ki, reysqabağı tibbi müayinə məsələsi daşıyıcı şirkətlər tərəfindən ciddi nəzarətdə olmalıdır.
Leyla
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












