Bu şirkətlərə məxsus taksilər yığışdırılacaq? - RƏSMİ AÇIQLAMA

Son günlər ölkədə taksilərin fəaliyyəti ilə bağlı mövzular gündəmdədir. Müzakirə edilən məsələlərdən biri də, "Uber" və "Bolt" şirkətlərinin ölkəmizdəki fəaliyyətinin davam edib-etməyəcəyidir. Həmçinin, ötən gün şəhərin müxtəlif yerlərində bu şirkətlərə aid avtomobillərin yol polisi tərəfindən saxlanmasının şahidi olduq ki, bu da həmin iddiaları artırır.
Avtosfer.az xəbər verir ki, sözügedən taksi şirkətlərinə qarşı hər hansı bir əməliyyatın başlayıb-başlamaması ilə bağlı Metbuat.az-a danışan Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, yol polisi qaydaları pozan istənilən sürücü barəsində tədbir görmək səlahiyyətindədir, bunun nə "Uber"ə, nə də "Bolt"a aidiyyatı yoxdur:
"Bizim üçün yollarda olan bütün hərəkət iştirakçılarının, yəni ümumi nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətini təmin etmək əsas vəzifədir. Qanunlar və qaydalara əməl etmək isə hər bir vətəndaşın öz məsuliyyətidir. Heç kimə ayrı seçkilik oluna bilməz. Polis dövlətini, onun vətəndaşını və Azərbaycan Respublikası ərazisində olan bütün şəxslərin qanunla nəzərdə tutulan hüquq və azadlıqlarını qoruyur".
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












