Yeni dərs ili ilə bağlı DİN-dən və ekspertlərdən SÜRÜCÜLƏRƏ ÇAĞIRIŞ - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yeni tədris ili ilə bağlı sürücələrə müraciət edib.
Avtosfer.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır. Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər.
Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır.
"Qeyd olunanları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yerlatı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir, onlara tədris ilində uğurlar arzulayır. Sonda isə mövzu ilə bağlı ekspertlərin də sürücülərə müraciətini təqdim edirik", - müraciətdə qeyd olunur.
Mövzu ilə bağlı ekspertlər də sürücülərə müraciət edib:
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












