Bütün qaydaları pozan “07” sürücüsü saxlanıldı - Rəsmi AÇIQLAMA - VİDEO

Bir neçə gün öncə saytımızda 99-RU-586 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsünün müxtəlif qayda pozuntuları törətməsiylə bağlı xəbər dərc olunmuşdu. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, sözügedən avtomobilin sürücüsü Vüqar Güləliyevin idarə etdiyi nəqliyyat vasitəsi saxlanılıb və mühafizə olunan duracağa yerləşdirilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2, 342.2.2, 342.2.4, 342.5 və 342.7-ci maddələrinə əsasən protokol tərtib olunub.
Qeyd edək ki, saxlanılan şəxs avtomobilin loqosunu dəyişərək ön qeydiyyat nişanı olmadan idarə edirdi. Həmçinin “VAZ”a konstruksiya dəyişikliyi edən sürücünün nəqliyyat vasitəsini qəzalı vəziyyətdə sürdüyünü əks etdirən videolar da sosial şəbəkədə yayılmışdı.
Ümid edirik ki, xəbəri oxuyan və məsələdən xəbərdar olan gənc sürücülər bundan örnək götürəcək.
Nərmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












