Cəlilabad və Biləsuvarda keçirilən reydlərdə 25 sürücü cərimələndi - FOTO

Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə rayonda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və standartlara cavab verməyən 13 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.
Biləsuvarda da rayonun müxtəlif ərazilərində yol polisi və ETSN əməkdaşları tərəfindən reyd təşkil olunub. Sürücülərin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Buna əməl etməyən 12 sürücü barəsində yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.


Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












