Cərimələnməmək üçün nömrəsini dəyişmişdi, saxlanıldı - FOTO

Dövlət nömrə nişanlarına müdaxilə olunmuş avtomobildə çoxavazlı səs siqnalından istifadə edən Lənkəran sakini saxlanılıb. Narkotik vasitədən istifadə etdiyi müəyyən edilən həmin sürücü inzibati qaydada həbs olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlunata görə, şəhər rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib.
Bununla yanaşı sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.
Bundan əlavə, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib.
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO














