Cərimələri ödəməyənlərin əmlaklarına həbs qoyula bilər - XƏBƏRDARLIQ - VİDEO
Yol polisi
21 May 2020 00:45

Karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir
Aprel ayının 1-dən bu günə qədər ölkə ərazisində xüsusi karantin qaydasını 55 mindən çox yol hərəkət iştirakçısı pozub. Bu barədə məlumatı Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. O, cərimələri ödəməyən şəxsləri hansı məsuliyyətin gözlədiyini də açıqlayıb. Bildirib ki, ölkədə xüsusi karantin qaydalarını pozan şəxslərə yazılan cərimələr istənilən halda ödənilməlidir. Əks halda nəticə daha ağır ola bilər.
Qeyd edək ki, bu qaydanı pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci, yəni ''Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması'' maddəsi ilə 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar. Bəziləri ödəməyəcəyini, bəziləri isə cərimələrin silinəcəyini düşünürlər.
Kamran Əliyev buna da aydınlıq gətirib.
Cərimə olunan şəxs müəyyən olunmuş müddətdə ödəmədiyi halda, öncə onun aylıq əmək haqqına yönəldilir və əməkhaqqından tutulur. Əgər şəxsin rəsmi iş yeri yoxdursa, həmin cərimə məbləği şəxsin işsizlik müavinətindən tutulur. Bunların heç biri olmadıqda isə cərimə edən orqan həmin şəxs barəsində ərazi məhkəmə orqanına müraciət edir və ölkədən çıxışına qadağa qoyulmasını istəyir. Qanunverici orqan da həmin müraciəti təmin edir, şəxsin ölkədən çıxışına qadağa qoyur.
Emin
Oxunub : 2852
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












