Müəllim yol polisinə müraciət etdi, məktəblilər üçün piyada keçidi çəkildi - FOTO

Xaçmaz rayon Cığatay kənd orta məktəbinin müəlliməsi Vəfa Musayevanın müraciəti əsasında məktəblilərin təhlükəsizliyini təmin etmək üçün qeyd olunan yol sahəsində DYP tərəfindən nişanlanma işləri həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis mayoru Rövşən Tağıyev şəxsi “Facebook” hesabında məlumat paylaşıb.
Belə ki, Vəfa Musayeva bir müddət öncə Xaçmaz rayon Cığatay kənd ibtidai məktəbinin önündə baş vermiş yol nəqliyyatı hadisəsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. “Müraciətimdə məktəbin qarşısından keçən yolda piyada keçidi və təhlükəsizlik nişanlarının qoyulması ilə bağlı təklif irəli sürdüm. DYP təklifimi əsaslı qəbul edərək çox qısa bir müddət ərzində məktəbimizin önündə uyğun yol nişanlarının yerləşdirilməsi ilə bağlı təlimat verdi. Dünən artıq bizim də məktəbimizin önündə hərəkəti tənzimləyən yol nişanları quraşdırıldı. Yollarda hərəkətin tənzimlənməsini təkcə nişanlar deyil,sürücülər və piyadalar da öz düzgün davranışları ilə nümunə olurlar.”
Vəfa Musayeva məktəblilərin təhlükəsizliyi üçün həyata keçirilən işin icrasında yaxından dəstəyinə görə şöbə rəisi Rövşən Tağıyevə təşəkkür edib.
Nurlan Sakitoğlu
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ




















