Çimərlikdə "avtoş"luq edən sürücü həbs olundu - VİDEO - YENİLƏNİB

Xəzər rayon məhkəməsi çimərlikdə avtoxuliqanlıq edən şəxs barədə qərar verib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis-mayoru Araz Əsgərli Avtosfer.az-a bildirib ki, avtoxuliqanlıq edən Heydərzadə Rəşad Rövşən oğluna məhkəmənin qərarı ilə 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququnun məhdudlaşdırılması cəzası verilib.
️***
DİN-dən avtosfer.az-a verilən məlumata görə, çimərlikdə “VAZ 2107” ilə avtoxuliqanlıq edən 2002-ci il təvəllüdlü sürücü saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 ( xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.
***
Sosial şəbəkələrdə çimərliklərin birində gənc oğlanın “VAZ 2107” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, sürücü avtomobili nəqliyyat vasitələri üçün nəzərdə tutulmamış qumluq ərazidə sürərək təhlükəli manevrlər edib. Çimərlikdə istirahət edən şəxslərin həyatına təhlükə yaradan avtomobilin sürücüsünün əməlləri geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, görüntülərlə bağlı araşdırma aparılır: “Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












