Daxili İşlər Nazirliyinə ictimai nəzarət artırılır - İctimai Şura yaradılır

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın yaradılmasına başlanılıb. Avtosfer.az-ın məlumatına görə, üzvlüyünə namizədlərin irəli sürülməsinə və qeydiyyatına dair tələblər aydınlaşdırılıb. Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın üzvlüyünə namizədliyini irəli sürmək istəyən vətəndaş cəmiyyəti institutlarının 05.04.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək nazirlikdə yaradılmış Seçki komissiyasına müraciət etməsi xahiş olunur.
Müraciətə namizədlə əlaqə vasitələri (telefon, e-mail) göstərilməklə aşağıdakı sənədlər əlavə edilməlidir:
1. Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
2. Namizədin tərcümeyi-halı;
3. Namizədin vətəndaş cəmiyyəti institutunu təmsil etdiyini təsdiq edən sənədin surəti;
4. Namizədin humanitar, xüsusən hüquq sahəsi üzrə təhsilə və təcrübəyə malik olmasını sübut edən sənədin surəti (diplom, əmək kitabçası).
Hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
Sənədlər Nazirliyin Katibliyinə elektron poçt ([email protected]) vasitəsilə təqdim olunmalıdır.
Əlaqə telefonları: (+99412) 590-92-28, 590-91-03.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə əlaqədar aşağıdakı tərkibdə seçki komissiyası yaradılmışdır:
Komissiyanın sədri:
İsmət Əliyev - Nazir müavini;
Komissiyanın üzvləri:
Elçin Məmmədli - Şəxsi Heyətlə İş İdarəsinin rəisi;
Elşad Hacıyev - Mətbuat Xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi;
Əbülfət Həsənov - Katibliyin İcra intizamına nəzarət və qeydiyyat şöbəsinin bölmə rəisi;
Leyla Xəlilova - “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyinin nümayəndəsi;
Alı Mustafayev - “Təmiz Dünya” Qadınlara Yardım ictimai birliyinin nümayəndəsi;
Təbriz Yusubov - “Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin nümayəndəsi;
Gülşən Bəhramlı - “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” ictimai birliyinin nümayəndəsi;
Ülvi Məmmədəliyev - “Həyat” Humanitar Dəstək ictimai birliyinin nümayəndəsi.
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO










