Dayanacaqda maşın saxlayıb yol polisi ilə mübahisə edən sürücülər həbs olundu - FOTO

İyunun 17-də saat 18:31 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində “Yol Hərəkəti haqqında” Qanunun 52-ci maddəsinin tələblərini pozan sürücülər aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, 77-EG-197 dövlət nömrə nişanlı, "Toyota Corolla" markalı avtomobilin sürücüsü Süleymanlı MirSüleyman Azad oğlu və 10-MB-820 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin sürücüsü Abbasov Şəhriyar Saleh oğlu ictimai nəqliyyatın dayanacağında dayanma-durma qaydalarını pozduqlarına və süni tıxac yaratdıqlarına görə yol polisi tərəfindən barələrində inzibati protokol tərtib olunub. Bu zaman sürücülər polisin qanuni tələbinə riayət etməyiblər. Nəticədə əraziyə Post Patrul Xidmətinin əməkdaşları dəvət edilib.
Sürücülər Xətai rayon RPİ-nin 34-cü polis şöbəsinə aparılıb. Onlar barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə təqdim olunub. Məhkəmənin qərarına əsasən, sürücülər İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs olunub.
Könül
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












