Deputat: “Polis əməkdaşlarının maaşı azdır, ən azı iki dəfə artırmaq lazımdır”
Yol polisi
23 Aprel 2021 13:49

“Polis və təhlükəsizlik əməkdaşları üçün stimullaşdırıcı tədbirlərin olmamasını müşahidə edirik”. Avtosfer.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Deputat bildirib ki, cinayətkarlığın artım səviyyəsi ilə yoxsulluq arasında birbaşa əlaqə var: “Amma yeganə səbəb bu deyil. Dünyanın ən inkişaf etmiş ölkələrdən biri olan ABŞ-da cinayətkarlığın səviyyəsi, ağır cinayətlərin sayı digər ölkələrdən çoxdur. İnsanlar sırf işsizlikdən cinayət törətmirlər. İnsanlar boşluqlardan faydalanmaq, daha tez varlanmaq istəyirlər”.
Deputat qeyd edib ki, bu yaxınlarda prokurorluq orqanları əməkdaşlarının əmək haqlarının artırılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib: “Polis orqanları əməkdaşlarının da əmək haqları artırılmalıdır. Ən azı iki dəfə artırılmasına ehtiyac var. Qarşıda büdcənin hazırlanması işləri gəlir. Aidiyyəti dövlət orqanları yəqin ki, bu məsələni nəzərə alar. Çünki polis orqanları ölkədə ən az maaş alan qurumlardan biridir. Xoşagəlməz halların da bir çoxu maaş azlığından yaranır”.
Oxunub : 3822
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












