DİN-də çalışmaq istəyənlərin diqqətinə: Müsabiqə var - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Post-patrul xidmətində (PPX) kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib. Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçmiş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər. İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaq.
Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012) 590-94-12;
(012) 590-93-45;
(012) 590-92-37;
(012) 590-97-52.
On ayda piyadaların vurulması ilə nəticələnən 384 qəza olub - DYP
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












