DİN-dən sürücülərə yollarla bağlı XƏBƏRDARLIQ
Yol polisi
24 Fevral 2021 19:00

Respublika ərazisində hava kəskin şəkildə dəyişib. Yolların buz bağlaması qəzalara səbəb olub. Hətta bəzi yerlərdə insan ölümü ilə nəticələnən zəncirvai qəzalar baş verib.
Havanın kəskin dəyişməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi sürücülərə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, yağan qar nəticəsində maşınların hərəkətində çətinlik yaranıb:
“Havanın kəskin dəyişməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülərə bu günlərdə zəruri olmayan hallarda avtomobillərdən az istifadə etmələri tövsiyə olunur. Sürücülər avtomobilin qış rejiminə hazırlıqlı olunmasını təmin etsinlər, sürət həddini minimuma endirsinlər”.
Oxunub : 3706
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












