BDYPİ rəsmi sosial media hesablarını elan etdi - FOTO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edib.
İdarədən Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, daxili işlər orqanlarında vətəndaş məmnunluğunun, eləcə də polisə əlçatanlığın təmin edilməsi məqsədilə yaradılmış imkanların daha da genişləndirilməsi xidməti fəaliyyətimizin prioritet istiqamətlərindən biridir: "DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində ictimai rəyin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə sosial medianın imkanları ilə bağlı müasir çağırışları nəzərə alaraq, yeni yaradılmış sosial media platformalarını əhalinin istifadəsinə təqdim edir".
Həmin rəsmi sosial şəbəkə hesabları aşağıdakılardır:
Facebook: https://www.facebook.com/dyp.polisazerbaycan/
Instagram: https://www.instagram.com/dyp.polisazerbaycan/
Youtube: http://https://www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg
Telegram: https://t.me/dyp_polisazerbaycan
Tiktok: https://www.tiktok.com/@dyp_gov.az
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə, o cümlədən yol hərəkəti iştirakçılarına müraciət edərək onları yaradılmış şəraitdən səmərəli istifadə etməyə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai iştirakçılığın daha geniş vüsət almasına töhfə verməyə çağırır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













