DİN-in rəqəmsal polis platforması istifadəyə verilib - VİDEO

Daxili İşlər Nazirliyi polis-vətəndaş münasibətlərində şəffaflığın, operativliyin artırılması və vətəndaş yönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən innovativ texnoloji həllərin davamı olaraq göstərdiyi elektron xidmətləri daha da əlçatan edib.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Məlumata görə, artıq vətəndaşlar polis idarəsinə getmədən Daxili İşlər Nazirliyinin səlahiyyətində olan bir çox xidmətlərdən onlayn qaydada yararlana biləcək. Bunun üçün E-Polis tətbiqində və ya e-xidmet.mia.gov.az portalında identifikasiya nömrəsi və ya asan login ilə qeydiyyatdan keçmək kifayətdir. Tətbiqdə bir çox bölmələr mövcuddur. Bölmələrə keçid edərək Daxili İşlər Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı informativ məlumatlar əldə edə, sənədlərinizi nəzərdən keçirə və cərimələrinizi onlayn qaydada ödəyə bilərsiniz. “Yeni müraciətlər” bölməsində vətəndaşlar heç bir yerə getmədən onlayn qaydada elektron imza ilə təsdiqlənmiş məhkumluq haqqında, nəqliyyat vasitəsinin zədələnməsi, nəqliyyat vasitəsinin yüklülük və yol nəqliyyatı hadisəsi ilə bağlı sığorta arayışlarını əldə edə, eləcə də olduğu yer üzrə müvəqqəti qeydiyyata alınmaq üçün müraciət edə bilərlər. “Virtual 102” bölməsində vətəndaşların qarşılaşdığı məsələlərlə bağlı operativ olaraq görüntü, səs qeydi və yazılı formada müraciət etmək imkanları vardır. Tətbiqdə həmçinin fəaliyyət istiqamətləri üzrə, eləcə də xidmətə qəbulla bağlı müraciətlər alınır və cavablandırılır. E-Polis tətbiqini App Store və ya Google play-dən yükləyə bilərsiniz.
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək
Azyaşlının halı pisləşdi: Yol polisləri onu xəstəxanaya çatdırdı - VİDEO
“Bu itkilərin mənəvi ağırlığını heç bir cəza yüngülləşdirə bilməz” - DYP rəsmisi
DYP uşaqlar üçün “Yol dərsi” rubrikasına start verdi - VİDEO
Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO - VİDEO










