DİN: "Şuşa və Suqovuşanda marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcək"

Daxili İşlər Nazirliyi tərəfindən 27 dekabr 2023-cü il tarixindən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edəcək vətəndaşların təhlükəsizliyi məqsədilə zəruri tədbirlər görülür.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, fərdi minik avtomobilləri ilə də səfər edəcək vətəndaşlar icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilib.
Vətəndaşların hərəkəti yalnız müəyyən edilən istiqamətlər üzrə təşkil olunacaqdır. Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə vətəndaşların hərəkətinə icazə verilməyəcəkdir. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunacaqdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












