DYP Abşeronda maarifləndirici və profilaktiki tədbirlər keçirib - FOTO - VİDEO

Bu gün Abşeron rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində maarifləndirici və profilaktik tədbirlər həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirlər zamanı yolu təyin olunmamış yerdən keçən piyadalarla maarifləndirici söhbətlər aparılıb. Bunun təhlükəli tərəfləri izah olunub.
Piyada keçidlərindən istifadənin zəruri olduğu diqqətə çatdırılıb.
Tədbirlər zamanı xüsusi olaraq dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı profilaktiki tədbirlər görülüb. Onlarla maarifləndirici söhbətlər apararaq bunun qanunun tələblərinə uyğun olmadığı izah edilib. Həmçinin bu qayda pozuntusunun tıxaca səbəb olduğu vurğulanıb. Avtomobili qanunsuz yerdə saxlayaraq gedən 40-a yaxın sürücü barəsində inzibati qaydada protokol tərtib olunub.
Tədbirlər zamanı rayon ərazisində piyada keçidləri, yol nişanları yoxlanılıb, uyğun olmayan yerlərdə düzəliş və dəyişikliklər edilib.
Qeyd edək ki, bu cür tədbirlər mütəmadi olaraq keçiriləcək.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















